National Geographic: Azərbaycan təəccübləndirməyə qadirdir


Digərləri 26 May 2018 17:14:00 203 0

National Geographic: Azərbaycan təəccübləndirməyə qadirdir

“National Geographic Rusiya” jurnalı Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə Azərbaycanda fototur təşkil edib.

Bakı. “National Geographic Rusiya” jurnalı Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə Azərbaycanda fototur təşkil edib. Trend-in məlumatına görə, fototurun iştirakçıları jurnalın saytında səfər barədə təəssüratlarını bölüşüb. Jurnalın baş redaktoru Andrey Palamarçuk Azərbaycandan çox xoşu gəldiyini bildirib: “Mən Azərbaycana çoxdan getmək istəyirdim, heç fikirləşməzdim, ölkə bu dərəcədə xoşuma gələcək. Azərbaycan təəccübləndirməyə qadirdir. Bu isə onu bildirir ki, mən bir daha buraya qayıdacağam, həm də tək yox, “National Geographic Rusiya” jurnalının kollektivi ilə”.