Uqandada zəncirvari yol qəzasında ölənlərin sayı 48 nəfərə çatıb - YENİLƏNİB


Dünya 26 May 2018 16:54:00 263 0

Uqandada zəncirvari yol qəzasında ölənlərin sayı 48 nəfərə çatıb - YENİLƏNİB

Onların arasında üç uşaq da var

Uqandada yol qəzası nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədəBeynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Uqanda Nümayəndəliyi məlumat yayıb.

BQXK-nınUqanda Nümayəndəliyinin rəsmi İren Nakasiita yol qəzasında 16-sı uşaq olmaqla, 48 nəfərin öldüyünü açıqlayıb.

*** 11:04

Uqandada ağır yol qəzası baş verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə mayın 25-dən 26-na keçən gecəKiryandoqo rayonunda qeydə alınıb.

Sərnişin avtobusu, traktor və yük maşınının toqquşması nəticəsində 19 nəfər ölüb. Onların arasında üç uşaq da var.

Qəzada xeyli sayda yaralananın olduğu vurğulanıb.