Portuqal futbolçu dünya çempionatdan kənar qaldı


İdman 26 May 2018 16:53:00 265 0

Portuqal futbolçu dünya çempionatdan kənar qaldı

Marseille-in müdafiəçisi Rolando Fransa Liqa 1-in XXXVIII turu çərçivəsində Amien-lə oynanılan görüşdə ağır zədə alıb.

Goal.az-ın məlumatına görə, portuqaliyalı futbolçu oyunun 78-ci dəqiqəsində axilles vətərindən zədələnib.

Bununla da, Portuqaliya millisinin dünya çempionatı üçün nəzərdə tutulan geniş heyətində adı yer alan Rolandonun mundialı qaçıracağı dəqiqləşib. O, 2019-cu ilin əvvəllərində yaşıl meydanlara qayıdacaq.

Cari mövsümdə Liqa 1-də 31 matçda meydana çıxan Rolando 1 dəfə fərqlənib.