Şirvanda 62 yaşlı qadın itkin düşüb - FOTO


Sosial 26 May 2018 16:31:37 278 0

Şirvanda 62 yaşlı qadın itkin düşüb - FOTO

O, dərs dediyi məktəbdən çıxaraq bir daha geri qayıtmayıb

Şirvan rayonunda 62 yaşlı qadın itkin düşüb.

Bu barədə“Report”un Aran bürosunaDaxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Məlumata görə, Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayeva mayın 24-ü dərs dediyi məktəbdən çıxaraq bir daha geri qayıtmayıb.

Onun əlamətləri belədir: orta boylu, qara saçlı, gözlərinin rəngi qəhvəyidir. Məktəbdən çıxarkən əynində qara yupka və ağ köynək olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 şəhər və (051) 425-28-01 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.