Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə konsert keçirilib (FOTO)


Digərləri 26 May 2018 16:17:57 283 0

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə konsert keçirilib (FOTO)

Konsertin proqramına Azərbaycan və Qərb bəstəkarlarının əsərləri daxil edilib.

Bakı. Azərbaycan Televiziyasının Mədəniyyət Kanalı, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə konsert keçirilib. Trend-in məlumatına görə, Azərbaycan Milli Konservatoriyasının və İncəsənət Gimnaziyasının tələbələrinin iştirakı ilə keçirilən tədbirin əvvəlində Mədəniyyət Kanalının direktoru Ramil Qasımov və Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və konsertin mahiyyəti barədə məlumat veriblər. Qeyd edilib ki, Prezidentin sərəncamı ilə 2018-ci il Azərbaycanda Xalq Cümhriyyəti ili elan olunub. Bu münasibətlə bütün dövlət idarələrində, mədəniyyət və təhsil müəssisələrində silsilə tədbirlər keçirilir. Bütün sahələrdə olduğu kimi, incəsənət sahəsində də isdedadlı gənclər yetişir və keçirilən tədbirlər həm də belə gənclərin üzə çıxarılmasında və tanıdılmasında əhəmiyyətli rol oynayır.