Satışa çıxmamış 3 milyon sifariş edildi - foto


İdman 26 May 2018 16:07:00 260 0

Satışa çıxmamış 3 milyon sifariş edildi - foto

Dünya çempionatında iştirak edəcək Nigeriya yığmasının yeni formalarına maraq böyükdü. Apasport.az saytı xəbər verir ki, “Nike” firması afrikalıların forması üçün sifarişlər aldıqlarını bəyan edib.

Goal.az xəbər verir ki, forma hələ satışa çıxmamış “Nike” firması 3 milyon ədəd sifariş alıb. Nigeriyanın yeni forması 1994-cü ildəki mundialda yığmanın geyindiyi formaya bənzədilib.

Qeyd edək ki, Nigeriya millisi dünya çempionatında Argentina, İslandiya və Xorvatiya ilə D qrupunda mübarizə aparacaq.