Dövlət Neft Fondu fəaliyyəti dövründən bəri gəlirlərini açıqladı (ÖZƏL)


Digərləri 26 May 2018 16:03:20 264 0

Dövlət Neft Fondu fəaliyyəti dövründən bəri gəlirlərini açıqladı (ÖZƏL)

2018-ci ilin mayın 1-də Dövlət Neft Fondunun gəlirləri bütün fəaliyyəti dövründə 141,5 milyard dollar təşkil edib.

Bakı. Maksim Tsurkov - 2018-ci ilin mayın 1-də Dövlət Neft Fondunun gəlirləri bütün fəaliyyəti dövründə 141,5 milyard dollar təşkil edib. Bu barədə Trend-ə Fonddan məlumat verilib. Qeyd edək ki, SOFAZ-ın gəlirləri neft və qaz satışından əldə olunaraq investisiya fəaliyyəti üçün əsas sayılır. Məlumatda qeyd edilir ki, Fondun aktivlərinin idarə edilməsi üzrə gəlirlər mayın 1-ə olan məlumata görə, 5,4 milyard dollar təşkil edib. Neft və qaz satışından daxil olan gəlirlər isə 136,1 milyard dollara çatıb.