Göygöldə yük maşını aşıb, iki nəfər ölüb - YENİLƏNİB


Sosial 26 May 2018 15:40:00 232 0

Göygöldə yük maşını aşıb, iki nəfər ölüb - YENİLƏNİB

Daha bir nəfər xəsarət alıb

Göygöl rayonunda "KamAZ" markalı yük maşınının aşması nəticəsində ölən sərnişinlərdən daha birinin şəxsiyyəti məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, bu, qəza yerində dünyasını dəyişən 1986-cı il təvəllüdlü Rəşad Qəşəm oğluBədəlovdur.

*** 08:26

Göygöl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Zeynalov Əhəd Yusif oğlu Mollacəlli-Dozlar yolu ilə hərəkətdə olarkən idarə etdiyi"KamAZ" markalı yük maşınını aşırdıb.

Nəticədə sürücü xəsarət alıb. Maşında olan iki sərnişindən hazırda şəxsiyyəti məlum olmayan biri hadisə yerində dünyasını dəyişib. Digər sərnişin, 1984-cü il təvəllüdlü Kəlbəcər rayon sakini Fərzəliyev Eldar Allahverdi oğlu xəstəxanada keçinib.

Faktla bağlı araşdırma aparılır.