“Youthvision 2018” III Beynəlxalq Mahnı müsabiqəsinin qalibi bəlli oldu FOTO


Kriminal 26 May 2018 15:44:00 281 0

“Youthvision 2018” III Beynəlxalq Mahnı müsabiqəsinin qalibi bəlli oldu  FOTO

Gənclər və İdman Nazirliyi, Tələbə Gənclər Təşkilatları İttifaqı və Qızıl Qala production ilə birgə Bakı şəhərində "Elektra Events Hall"da "Həmişə gənc" şüarı altında "Youthvision 2018" beynəlxalq mahnı müsabiqəsi keçirilib.

Son.az bildirir ki, Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü ilə Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən "Youthvision 2018" beynəlxalq mahnı müsabiqəsinin əsas məqsədi yaradıcı və istedadlı tələbələrin mədəni potensiallarının reallaşdırılması və onlar arasında beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.

Müsabiqədə 14-35 yaşarası gənclər iştirak edib.

Tədbirin açılışından öncə Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş videoçarx göstərilib.

Açılış mərasimində çıxış edən gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, bu müsabiqədə həm Azərbaycanın, həm də ölkəmizə qonaq gələn müxtəlif ölkələrin gəncləri öz istedadlarını nümayiş etdirirlər. Layihə çərçivəsində çoxlu sayda yaradıcı gənc milliyyətindən, dini mənsubiyyətindən asılı olmayaraq gözəl dostluq ailəsi formalaşdırır. Ölkəmizdə Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu ərəfədə dünya ölkələrindən gənclərin respublikamıza gəlməsi və beynəlxalq tədbirdə iştirak etmələri sevindirici haldır. Bu, eyni zamanda, ölkəmizin qədim dövlətçilik tarixinin onlara təbliği baxımından da yaxşı imkanlar açır.

Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov ölkəmizin mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsindən danışıb, belə tədbirlərin dünya gənclərini bir araya gətirdiyini, onlar arasında əlaqələrin qurulmasında mühüm rol oynadığını deyib.


Xəbərə aid fotolar