Real Asensionu satmaq fikrində deyil


İdman 26 May 2018 14:46:00 330 0

Real Asensionu satmaq fikrində deyil

Real Madrid-in gənc futbolçusu Marko Asensionun agenti Horasio Qaqqioli açıqlama verib.

Goal.az xəbər verir ki, agent Asensio üçün Real-a 2 təklif gəldiyini, lakin "kral klubu"nun bunu rədd etdiyini deyib:

"Asensio üçün 150 milyon avroluq iki təklif göndərildi, ancaq Real rədd etdi. Asensio da Real-da qalmaq istəyir. Böyük təkliflər alması ilk dəfə deyil. Ötən il Avropanın bəzi klublarından imtina etmişdi. Real Asensionun gələcəkdə "qızıl top" mükafatını qazanacaq potensilının olduğunu bilir".

22 yaşlı futbolçunun Real Madrid-lə 2023-cü ilə qədər müqaviləsi var.