Bakıda yol qəzası:


Digərləri 26 May 2018 13:43:00 217 0

Bakıda yol qəzası:

Bakının Xətai rayonunda yol qəzası baş verib.  

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, hadisə paytaxtın Nobel prospektində qeydə alınıb. 

Belə ki, mayın 25-də Bakı şəhər sakini Günay İsmayılova idarə etdiyi "Hyundai" markalı avtomobili yerüstü piyada keçidinin sütununa vurub. Nəticədə onun sərnişini Elnarə Tanrıverdiyeva hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.