"Total" şirkəti "Şimal axını-2" layihəsində iştirak etməyəcək


İqtisadiyyat 26 May 2018 13:29:24 296 0

"Total" şirkəti "Şimal axını-2" layihəsində iştirak etməyəcək

Patrik Puyanne Sankt Peterburqda Vladimir Putinlə görüşüb

Fransanın "Total" şirkəti Rusiya tərəfindən icra olunan "Şimal axını-2" qaz kəməri layihəsində iştirak təklifindən imtina edib.

"Report"un "İnterfaks"a istinadən verdiyi məlumata görə, şirkətin başicraçı direktoru Patrik PuyanneninSankt Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi görüşdə bu məsələ qaldırılıb və Fransa tərəfi layihədə iştirak etməyəcəyini bildirib.

Məlumata görə, görüşdə "Total" rəhbəriVladimirPutindən gələcəkdə Rusiyanın "NOVATEK" şirkəti ilə yaradılacaq birgə müəssisə vasitəsilə Avropaya qaz ixracına icazə verməyi xahiş edib.