Zidan: "Favorit deyilik"


İdman 26 May 2018 12:54:00 303 0

Zidan: "Favorit deyilik"

UEFA Çempionlar Liqasının finalında Liverpool-la qarşılaşacaq Real Madrid-in baş məşqçisi Zinəddin Zidan matç öncəsi mətbuat konfransında fikirlərini bildirib.

Goal.az xəbər verir ki, fransalı mütəxəssis uğurlarl haqda danışıb:

"Uğurlarımızın sirri çox çalışmaqdır. Biz bir komandayıq. Bəzi qərarlar verməliyəm və buna görə də bir çox oyunçu ehtiyatda qalmaq məcburiyyətində olur. Amma komandamız üçün düşünməliyik. Bir oyunçu buna görə məyus ola bilər və motivasiyası aşağı düşər, amma oyun başlayanda ehtiyatda oturan futbolçular da komandanın bir parçasıdır. İnsanlar çox müzakirələr edir, amma bu matçın favoriti nə bizik, nə də onlar. Finallarda şanslar hər zaman 50-50-yədir. Özümüzü favorit görmürük. Çıxıb oyunumuzu oynayıb, qalib gəlməyə çalışacağıq".

Zidan Liverpool-da çalışan həmkarı Yurgen Kloppla bağlı xoş sözlər səsləndirib: 

“Ona böyük hörmətim var. Çox təcrübəli məşqçidir. İnanılmaz işlər görür. Amma bənzər keyfiyyətlərimizin olduğunu söyləyə bilmərəm. Hər kəs və hər bir mütəxəssis bir-birindən fərqlənir”.

Kiyev Olimpiya Stadionunda keçiriləcək Real Madrid - Liverpool görüşü bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.