Bakıda şok olay: Biznesmen “bomj” atasının dalınca morqa 150 minlik maşında gəldi


Digərləri 26 May 2018 12:44:00 265 0

Bakıda şok olay: Biznesmen “bomj” atasının dalınca morqa 150 minlik maşında gəldi

Bakıda qəribə hadisə baş verib. Küçədə ölən "bomj"un arxasınca son model "Audi" avtomobilində gəliblər.

Son.az sputnik.az-a istinadən xəbər verir ki, mayın 24-də Nərimanov rayonunun 18-ci Polis İdarəsinin ərazisində küçədə yaşayan kimsəsiz şəxsin meyiti tapılıb. Yaşlı "bomj" Gəncə şəhər sakini, 1957-ci il təvəllüdlü Quliyev Adil İbrahim oğlu olub. Yaşlı kişi "hostel" deyilən yerdə ölüb. Kişi günə 2-3 manat verərək həmin yerdə yaşayırmış.

Məlumata görə, Nərimanov rayonunda yaşayan qadın evinin həyətində it damına bənzər kiçik otaqlar tikdirib və həmin otaqları günü 2-3 manat müqabilində "Yaşıl bazar"da işləyənlərə və evsizlərə verir. Həmin evlərdə hətta bomjlar da gecələyirlər.

Hüquq-mühafizə orqanlarının işçiləri deyir ki, bu hostel bir çox insanın son sığınacağı olub. Onları çox zaman buradan Patoloji Anatomiya Birliyinə (morqa) aparılırlar.

Quliyev morqa çox pis halda gətirilib. Üst-başı çirk içində olub. Hətta iydən cəsədə yaxın düşmək olmayıb. Paltarları meyitin üzərindən çıxarılandan sonra cəsəd yuyulub, daha sonra yarılıb. Müayinələrdən sonra məlum olub ki, bomj qara ciyər serrozundan ölüb.