Sabiq MTN polkovnikinin şikayəti əsasında məhkəmə başladı


Digərləri 26 May 2018 12:12:00 239 0

Sabiq MTN polkovnikinin şikayəti əsasında məhkəmə başladı

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyhun İbayev, Vüqar Əsədov, Vüqar Güləli, Anar İsmayılov və Nicat Əliyevin barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və təqsirləndirilən şəxslərlə zərərçəkmişin verdiyi apellyasiya şikayətləri üzrə məhkəmə iclası başlayıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası iyunun 7-nə təyin edilib.

İttiham aktına əsasən, C.İbayev, V.Əsədov, V.Güləli, A.İsmayılov və N.Əliyev bir qrup vətəndaşın etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edib.

Belə ki, həmin şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəkləri vədi veriblər. Onlar qadının 147 min manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər. Bundan başqa, təqsirləndirilən şəxslər digər vətəndaşlara da qarşı dələduzluq ediblər.