“İradə ilə balaca körpəmiz var, ona görə ayrıla bilmərik”


Şou-biznes 26 May 2018 12:16:00 327 0

“İradə ilə balaca körpəmiz var, ona görə ayrıla bilmərik”

ARB TV-nin "Günaylı Şənbə" verilişinin növbəti qonaqları müğənni İradə Mehri və DJ Roşka olublar.

Son.az bildirir ki, DJ Roşka şou-biznes nümayəndələrinin yaradıcılıqdan uzaq olduğunu dilə gətirib:  "Şou-biznes nümayəndələri artıq yaradıcı insan deyil. Arxa planda olan insanlar var. Mən özümü o arxa planda olan insanlardan sayıram. Mahnını ərsəyə gətirmək var. Müğənni, sadəcə, oxuyur. Amma onun bəstəsi, sözü, aranjemanı var. Yəni halva edib verirsən, müğənni yeyir onu". Dj Roşka, eyni zamanda, İradə Mehri ilə aralarında olan münasibətdən söz açıb: ""İradəylə bizim "Amma yenə də" mahnısından əlavə çox gözəl dostluğumuz var. Biz elə bir məhsul vermişik ki, necə deyim beynimdə bir bənzətmə var. Elə bil ki, bizim balaca bir körpəmiz var, ona görə ayrıla bilmərik".


Xəbərə aid foto