Milli Məclis sədrinin Gürcüstana səfəri başlayıb


Siyasət 26 May 2018 11:40:00 225 0

Milli Məclis sədrinin Gürcüstana səfəri başlayıb

Milli Məclisin sədri Oqtay Əsədovun Gürcüstana işgüzar səfəri başlayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, Tbilisi beynəlxalq hava limanında O. Əsədovu Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və digər rəsmi şəxslər qarşılayıb.

O. Əsədov səfər çərçivəsində Tbilisidə Gürcüstanın ilk respublikasının yaranmasının 100 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak edəcək. O, Gürcüstan parlamentində baş tutacaq "İnkişaf üçün əməkdaşlıq - gələcək 100 il üçün strategiya" mövzusunda dəyirmi masaya da qatılacaq.

O. Əsədovun Gürcüstana səfəri sabah başa çatacaq.