Fransa xarici işlər nazirinin Azərbaycana səfərinin GÜNDƏLİYİ açıqlandı


Siyasət 26 May 2018 11:13:00 285 0

Fransa xarici işlər nazirinin Azərbaycana səfərinin GÜNDƏLİYİ açıqlandı

Fransanın xarici işlər naziri Jan-İv le Drian mayın 27-i Azərbaycana səfər edəcək.

Son.az Trend-ə istinadən məlumat verir ki, səfər çərçivəsində fransalı nazirin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla, maliyyə naziri Samir Şərifovla və digər rəsmi şəxslərlə görüşü planlaşdırılır.

Səfər zamanı cari beynəlxalq məsələlər və Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlər müzakirə olunacaq:

Məlumata görə, J.İ.le Drian, həmçinin 2016-cı ildə açılmış Fransa-Azərbaycan Universitetinə də baş çəkəcək. Məlumatda bildirilir: "Azərbaycan hökuməti tərəfindən tikilmiş universitetin ərazisində nazir Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş Fransa arxivlərinin sərgisini açacaq".