Bakı Şopinq Festivalı – ailəvi alışverişin və əyləncənin ünvanı


Digərləri 26 May 2018 11:17:00 252 0

Bakı Şopinq Festivalı – ailəvi alışverişin və əyləncənin ünvanı

Bakı Şopinq Festivalı öz iştirakçılarına sərfəli, rəngarəng və  bol hədiyyəli  ailəvi alış-veriş imkanı yaradır. Belə  ki,  Şopinq Festivalında dünyanın bir çox brendləri tərəfindən qadın,  kişi, uşaq geyimləri, ətirlər, elektron cihazlar və oyuncaqlar ən sərfəli qiymətlərlə təqdim edilir. Üstəlik, 100 AZN-dən çox alış-veriş etdiyiniz zaman "Tax Free"  xidmətindən  yararlanaraq xərclədiyiniz məbləğin ƏDV-sinin bir qismini geri ala  bilərsiniz.

Bakı Şopinq Festivalının iştirakçıları həm də həftə sonlarını əyləncəli keçirmək şansı qazanırlar. 100 AZN-dən  çox alış-veriş etdikdə siz şənbə və bazar günləri saat  13:00-dan 20:00-a  qədər  Gənclik Mall-da  Uğur Çarxı, Park Bulvarda  Şopomaniya interaktiv oyununda  xallar  toplayaraq müxtəlif  hədiyyələr əldə edə bilərsiniz.