Bakıda 9 yaşlı uşağı maşın vurub öldürdü


Digərləri 26 May 2018 10:47:00 256 0

Bakıda 9 yaşlı uşağı maşın vurub öldürdü

Bakıda sürücü 9 yaşlı uşağı vurub öldürüb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə mayın 25-də saat 19:30 radələrində paytaxtın Salyan yolu küçəsində baş verib.

Qaradağ rayon sakini, 1988-ci il təvəllüdlü İsmayılov Natiq Ramiz oğlu idarə etdiyi 99 FE 592 nömrəli "Mercedes" markalı avtomobillə yolu keçən piyada, 2009-cu il təvəllüdlü Qurbanov Rəvan Sərxan oğlunu vurub. 9 yaşlı R.Qurbanov hadisə yerindəcə keçinib.