30 sürücü cərimələndi FOTO


Digərləri 26 May 2018 09:51:00 229 0

30 sürücü cərimələndi  FOTO

Mingəçevir Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhərin müxtəlif küçə və prospektlərində reyd keçirib.

Son.az report-a istinadən xəbər verir ki, reydin keçirilməsində əsas məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etmək və sürücülər tərəfindən yol verilən qayda pozuntularını aşkar etmək olub.

Reyd zamanı sürücülük hüququ olmayan, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər müəyyənləşdirilib. Həmçinin, sürət həddini aşma, ötmə qaydalarının pozulması və digər qayda pozuntuları da aşkar edilib. Reyddə 30 sürücü haqqında inzibati tədbir görülüb və avtomobillər cərimə meydançasına aparılıb.


Xəbərə aid fotolar