Gədəbəydə qətl törədən gənc saxlanıldı


Digərləri 26 May 2018 09:23:00 241 0

Gədəbəydə qətl törədən gənc saxlanıldı

Gədəbəydə bıçaqlanma olub.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Böyük Qaramurad kəndində baş verib.

Kənd sakini, 1984-cü il təvəllüdlü Quliyev Elşad İsa oğlu bıçaqlanaraq yolun kənarında uzanmış vəziyyətdə aşkarlanıb. O, əvvəlcə Gədəbəy Rayon Mərkəzi Xəstəxanaya, oradan isə Gəncədə olan tibb ocaqlarının birinə aparılıb. Vəziyyətinin ağır olduğu bildirilir. 

Gədəbəydə qətl törədən gənc saxlanılıb. APA-nın yerli bürosunun məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən rayonun Kiçik Qaramurad kənd sakini, 1997-ci il təvəllüdlü Məmmədəli Şakir oğlu Cəfərli tutulub.