IFC Azərbaycana valyuta axını üçün alternativ mənbələr yaratmaqda kömək etməyə hazırdır


Digərləri 26 May 2018 09:15:06 327 0

IFC Azərbaycana valyuta axını üçün alternativ mənbələr yaratmaqda kömək etməyə hazırdır

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycana ölkəyə valyuta axını üçün alternativ mənbələr yaratmaqda kömək etməyə hazırdır.

Son.az xəbər verir ki, bunu Trend-ə IFC-nin Cənubi Qafqaz üzrə regional meneceri Yan van Bilsen bildirib.

Regional menecer deyib: "IFC müxtəlif istehsal sektorunda şəffaf idarəetmə ilə rəqabətqabiliyyətli müəssisələrə, o cümlədən ölkəyə xarici valyuta axın üçün alternativ mənbələr yaratmaqda kömək üçün ixraca meylli sahələrə investisiyalar üçün açıqdır".

Onun sözlərinə görə, Korporasiya həmçinin özəl sektorun rolunu gücləndirməyə kömək etməklə Azərbaycan iqtisadiyyatının diversifikasiyası prosesini dəstəkləməyə çalışır.