Göygöldə "KamAZ" aşdı:


Digərləri 26 May 2018 09:18:00 232 0

Göygöldə "KamAZ" aşdı:

Göygöl rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya itinadən xəbər verir ki, "KamAZ" markalı yük avtomobilinin Dozular kəndində dərəyə aşması nəticəsində hadisə yerində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.  Xəsarət alan şəxslərdən Gəncə sakini, 1983-cü il təvəllüdlü Eldar Fərzəliyev xəstəxanaya aparılarkən yolda keçinib. Digər xəsarət almış şəxs xəstəxanaya çatdırılıb, vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.