Göygöldə yük maşını aşıb, iki nəfər ölüb


Sosial 26 May 2018 08:26:46 311 0

Göygöldə yük maşını aşıb, iki nəfər ölüb

Daha bir nəfər xəsarət alıb

Göygöl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Zeynalov Əhəd Yüsif oğlu Mollacəlli-Dozlar yolu ilə hərəkətdə olarkən idarə etdiyi "KamAZ" markalı yük maşınını aşırdıb.

Nəticədə sürücü xəsarət alıb. Maşında olan iki sərnişindən hazırda şəxsiyyəti məlum olmayan biri hadisə yerində dünyasını dəyişib. Digər sərnişin, 1984-cü il təvəllüdlü Kəlbəcər rayon sakini Fərzəliyev Eldar Allahverdi oğlu xəstəxanada keçinib.

Faktla bağlı araşdırma aparılır.