Ukrayna Rusiyanın dövlət xəbər agentliklərini blokladı


Digərləri 26 May 2018 08:45:00 227 0

Ukrayna Rusiyanın dövlət xəbər agentliklərini blokladı

Ukrayna dövləti Rusiyanın əsas informasiya qurumları - "RİA Novosti Ukraina" və "Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə qarşı sanksiya tətbiq edib.

Son.az lent.az-a istinadən bildirir ki, yenilənmiş sanksiya siyahısı Ukrayna prezidentinin saytında yerləşdirilib. Ukraynalı provayderlərə "россиясегодня.рф", "Sputniknews.com", "Ria.ru", "Rsport.ria.ru", "1prime.ru", "Realty.ria.ru" və "rian.com.ua" saytlarını bloklamaq tapşırılıb.

Bundan başqa, Rusiyanın aparıcı telekanallarının saytlarına giriş də qadağan edilib. Provayderlərə göstəriş verilib ki, aşağıdakı resurslar (eləcə də onların subdomenləri) blok edilsin: "rtr-planeta.com", "russia.tv", "vesti.ru", "tvkultura.ru", "digitalrussia.tv".