Babək prospektində yaşlı kişini avtomobil vurub
Digərləri 26 May 2018 08:48:00 267 0
Hadisə prospektin təmir aparılan qaranlıq hissəsində baş verib
Bakının Babək prospektinin Nizami rayonu ərazisinə düşən hissəsində qəza zamanı 1 nəfər xəsarət alıb.
Son.az "Report"a istinadən bildirir ki, 1962-ci il təvəllüdlü Qurbanov Zəkəriyyə Qurban oğlu prospektin qaranlıq və təmirdə olan hissəsində qəfil yolu keçmək istəyən zaman "Mercedes" markalı avtomobil onu vurub.
Ağır bədən xəsarətləri alan yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Mənbə: milli.az