Smartfonları gücləndirəcək prosessor təqdim olundu


Digərləri 26 May 2018 08:31:00 248 0

Smartfonları gücləndirəcək prosessor təqdim olundu

"Qualcomm" şirkəti yeni "Snapdragon 710" prosessorunu təqdim edib. Bu çip orta büdcəli smartfonları bəzi qabaqcıl xüsusiyyətlərlə təchiz edəcək. Bu haqda şirkətin rəsmi saytında məlumat verilib.

Son.az ICTnews-a istinadən bildirir ki, yeni çip ilk növbədə smartfonun məhsuldarlığını, təhlükəsizliyini və  kameranın imkanlarını təkmilləşdirəcək. Məlumata görə, qurğunun məhsuldarlığı 20% artacaq və 4K formatında çəkiliş vaxtı videonun keyfiyyəti yüksələcək.

Yeni çip, həmçinin şəklin keyfiyyətini yaxşılaşdıracaq. Şəkillərdə daha az səs-küy olacaq və smartfon obyektivi daha yaxşı sabitləşdirəcək. Bundan başqa, prosessor sifətin tanınması sisteminin dəqiqliyini artıracaq və ona müdaxiləni azaldacaq.