Bakıda qadın 3cü mərtəbədən yerə yıxılıb


Digərləri 26 May 2018 08:30:00 281 0

Bakıda qadın 3cü mərtəbədən yerə yıxılıb

Hadisə o eyvanında olarkən baş verib

Paytaxtın Nərimanov rayonunda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

Son.az "Report"a istinadən bildirir ki, 1972-ci il təvəllüdlü Sadıqov Aynur Əkrəm qızı İ.Yusifov küçəsində yaşadığı mənzilin eyvanında ikən ehtiyatsızlıqdan yerə yıxılıb.

Nəticədə o, ağır kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.