Şıxov çimərliyində bıçaqlanma olub


Digərləri 26 May 2018 08:10:00 216 0

Şıxov çimərliyində bıçaqlanma olub

Yaralı sol budun kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib

Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un xəbərinə görə, 1978-ci il təvəllüdlü Hüseynov Məmmədəli Sehran oğlu Şıxov çimərliyi ərazisində tanımadığı şəxslə əlbəyaxa dava edib.

O, dava zamanı bıçaqlanıb. Yaralı sol budun kəsilmiş-deşilmiş xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.