Bakıda uşağı avtomobil vuraraq öldürüb


Digərləri 26 May 2018 08:18:00 276 0

Bakıda uşağı avtomobil vuraraq öldürüb

Hadisə Səbail rayonunda baş verib

Bakının Səbail Rayonunun Badamdar qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, naməlum markalı avtomobil qəfil yola çıxan və ad-soyadı hələlik məlum olmayan təxminən 7-8 yaşlı uşağı vurub.

Uşaq hadisə yerində ölüb. Meyit onun şəxsiyyətinin müəyyənləşdirilməsi üçün morqa verilib.

Faktla bağlı cinayət işi başlanılıb.