Tramp Kim Çen Inla görüşə biləcəyini bildirib


Dünya 26 May 2018 08:02:00 316 0

Tramp Kim Çen Inla görüşə biləcəyini bildirib

Vaşinqton və Pxenyan ABŞ və KXDR liderləri Donald Tramp və Kim Çen Inın görüşü ilə bağlı məhsuldar danışıqlar aparır, onun keçirilmə yeri və zamanı əvvəlki kimi qala bilər.

Son.az "Report"a istinadən bildirir ki, müvafiq məlumatı Vaşinqton Administrasiyasının rəhbəri cümə günü öz "Twitter" hesabına yerləşdirib.

"Biz hər halda sammiti keçirmək üçün Şimali Koreya ilə olduqca məhsuldar danışıqlar aparırıq. Əgər bu olacaqsa da, çox güman Sinqapurda, həmin gündə - 12 iyun tarixində olacaq", - deyə Tramp yazıb.