İşığın təsiri altında suyu təmizləyir


Digərləri 26 May 2018 08:05:00 243 0

İşığın təsiri altında suyu təmizləyir

Çin alimləri işığın təsiri altında çirkləndirilmiş suyu təmizləyən yeni material ixtira ediblər. Bu barədə Çin Elmlər Akademiyasının Şanxay Silikat Turşuları İnstitutunun məlumatında deyilir.

Son.az ICTnews-a istinadən bildirir ki, materialın əsasını qrafen və titan 4-oksid qatışığı təşkil edir. İnstitutun elmi rəhbəri Xuan Futsyanın sözlərinə görə, qrafen üçölçülü struktur sayəsində çirki özünə çəkir, titan 4-oksidi isə fotokatalizator olmaqla zəhərli orqanik maddələrin fotokimyəvi deqradasiyası prosesini sürətləndirir.

Məlumata görə, institut əməkdaşları bir ay ərzində texnologiyanı Şanxay və Çinin şərqində Anhoy və Tsyansu əyalətləri ərazisində sınaqdan keçiriblər. Sınaqların nəticələrinə görə, çay və göllərdə suyun keyfiyyət göstəriciləri yeni materialla örtülən şəbəkələr yerləşdirildikdən iki həftə sonra xeyli yüksəlib.