IFC Azərbaycana valyuta axını üçün alternativ mənbələr yaratmaqda kömək etməyə hazırdır (ÖZƏL)


Digərləri 26 May 2018 07:58:33 215 0

IFC Azərbaycana valyuta axını üçün alternativ mənbələr yaratmaqda kömək etməyə hazırdır (ÖZƏL)

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycana ölkəyə valyuta axını üçün alternativ mənbələr yaratmaqda kömək etməyə hazırdır

Bakı. Ənvə Məmmədov - Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycana ölkəyə valyuta axını üçün alternativ mənbələr yaratmaqda kömək etməyə hazırdır. Bunu Trend-ə IFC-nin Cənubi Qafqaz üzrə regional meneceri Yan van Bilsen bildirib. Regional menecer deyib: "IFC müxtəlif istehsal sektorunda şəffaf idarəetmə ilə rəqabətqabiliyyətli müəssisələrə, o cümlədən ölkəyə xarici valyuta axın üçün alternativ mənbələr yaratmaqda kömək üçün ixraca meylli sahələrə investisiyalar üçün açıqdır".