Britaniyada hərbi süni intellekt tədqiqatları mərkəzi yaradılacaq


Digərləri 26 May 2018 07:22:00 273 0

Britaniyada hərbi süni intellekt tədqiqatları mərkəzi yaradılacaq

Böyük Britaniyada vəzifəsi ölkənin təhlükəsizlik səviyyəsinin və müdafiə qabiliyyətinin artırılmasından ibarət olacaq süni intellekt texnologiyalarının hazırlanması mərkəzi istifadəyə veriləcək.

Son.az ICTnews-a istinadən bildirir ki, Birləşmiş Krallıq Müdafiə Nazirliyinin məlumatına görə, yeni struktur Britaniyanın cənubunda Porton-Daun şəhərində yerləşən hərbi elmi-texniki laboratoriyanın bazasında yaradılacaq.

Bildirilir ki, yeni qurumun vəzifəsi süni intellekt texnologiyalarının hərbi sahədə tətbiqi və inkişafı proseslərini yaxşılaşdırmaq və sürətləndirməkdir. Mərkəzin əsas fəaliyyət sahəsini pilotsuz hərbi texnika, kibermühafizə, qərarların qəbulunda komanda heyətinə yardım sistemləri sahəsində texnologiyalar, eləcə də informasiya müharibəsi ilə mübarizə təşkil edəcək.