Alıcıların rəğbətini qazanmış smartfon hansıdır?


Digərləri 26 May 2018 07:11:00 214 0

Alıcıların rəğbətini qazanmış smartfon hansıdır?

ABŞ-ın Alıcıların Məmnunluq İndeksi (ACSI) smartfonların yeni reytinqini tərtib edib. "iPhone 7 Plus" və "Samsung Galaxy S8+" smartfonları ən çox bal toplayıblar.

Son.az ICTnews-a istinadən bildirir ki, ACSI-nin məlumatına əsasən, "iPhone 7 Plus" (buraxılış ili 2016) amerikalıların ən sevimli smartfonudur. Bu aparatın məmnunluq indeksi 85% təşkil edir. "Samsung Galaxy S8+" 84% göstərici ilə  ikinci yeri tutub. "Galaxy S8", "iPhone 8" və "iPhone 8 Plus" smartfonları 3-5-ci yerləri bölüşüblər.