Babək prospektində yaşlı kişini avtomobil vurub


Sosial 26 May 2018 04:53:26 251 0

Babək prospektində yaşlı kişini avtomobil vurub

Hadisə prospektin təmir aparılan qaranlıq hissəsində baş verib

Bakının Babək prospektinin Nizami rayonu ərazisinə düşən hissəsində qəza zamanı 1 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, 1962-ci il təvəllüdlü Qurbanov Zəkəriyyə Qurban oğlu prospektin qaranlıq və təmirdə olan hissəsində qəfil yolu keçmək istəyən zaman "Mercedes" markalı avtomobil onu vurub.

Ağır bədən xəsarətləri alan yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.