Putin Qərb ölkələrini Rusiya ilə münasibətdə "qırmızı xətti" keçməməyə çağırıb


Dünya 26 May 2018 04:37:13 390 0

Putin Qərb ölkələrini Rusiya ilə münasibətdə "qırmızı xətti" keçməməyə çağırıb

Onun sözlərinə görə, Qərb ölkələri Rusiyanın maraqlarına hörmətlə yanaşmalıdır

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Qərb ölkələri Moskva ilə münasibətdə "qırmızı xətt"i keçməməlidirlər.

“Report” xəbər verir ki, o, Rusiya ilə sərhəddə raket əleyhinə müdafiə sistemləri və digər silahlar yerləşdirməmək barədə NATO-ya xəbərdarlıq edib.

"Bəzi sərhədlər var, başa düşürsünüz, "qırmızı xətti" keçmək olmaz", - deyə dövlət başçısı beynəlxalq agentliklərin rəhbərləri ilə görüşündə bildirib.

Putin həmçinin Qərb ölkələrini Rusiyanın maraqlarına hörmətlə yanaşmağa çağırıb.