Günün qoroskopu: aldığınız təkliflər yalnız ilk baxışdan cazibədar və maraqlıdır


Digərləri 26 May 2018 00:01:00 318 0

Günün qoroskopu: aldığınız təkliflər yalnız ilk baxışdan cazibədar və maraqlıdır

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - qüvvəniz və imkanlarınız xaricində olan işlərə başlamayın. Potensialınızı düzgün qiymətləndirin, realist olun. Uğur şanslarının az olduğu aşkarlananda geri çəkilməyin, ruhdan düşməyin. Yardımçı, köməkçi arayın. Bu, yaxşı taktikadır. Müttəfiqlər yardımı əsirgəməyəcəklər, bəzi işləri sizinlə birlikdə bitirəcəklər.

Günün ikinci yarısında bacarıq, bilik və təcrübənizi nümayiş etdirməkdən çəkinməyin. Amma ifrata varmayın, özünüreklamla məşğul olmayın. İmiclə eksperimentlər etmək, gerçəkdən də, parlaq nəsnəni sınaqdan keçirmək olar. Yaşam potensialının səviyyəsi yüksəkdir. Əhvalınız pis olmayacaq.

Buğa - sənədlərin hazırlanması və qeydə alınması ilə bağıl problemlər yarana bilər. Nüfuzlu insanlar və ya dövlət qurumlarının nümayəndələri ilə təmaslar asan olmayacaq. Müstəqil çalışsanız, böyük uğurlara nail ola bilərsiniz.

Birgə layihələrin reallaşdırılması və ya əməkdaşlıq məqamlarında çətinliklər yaranacaq.

Günün ikinci yarısında emosional fon əlverişlidir. Ruh düşkünlüyünə qapılmayın. Baş verənlərə rəğmən geri çəkilməyin, süst olmayın. Dəyər verdiyiniz insanlardan xəbər alacaqsınız.

Axşam saatları dostlarla ünsiyyət, dəvət olunduğunuz yerə yollanmaq üçün əlverişlidir.

Əkizlər - peşəkar fəaliyyət sahəsindəki problemlər sizi ruhdan salmasın. Əksinə, daha böyük enerji ilə çalışın, qeyri-standart qərarlar qəbul edin.

Yeni müttəfiqlərin axtarışı və əməkdaşlığa başlamaq üçün əlverişli zamandır. İşgüzar danışıqlar, səfər və müzakirələr uğurlu olacaq.

Günün ikinci yarısında az da olsa, gəlir əldə edəcəksiniz. Hədiyyə almağınız istisna deyil. Sevdiyiniz insanla axşam saatlarını normal keçirməyə çalışın.

Səhhətinizdə kiçik problemlər istisna deyil. Amma sağlıq durumunuza görə təlaşa düşməyin - təhlükə yoxdur.

Xərçəng - işlərə təkbaşına başlayaraq tənha çalışmayın. Ən çətin situasiyalarda yanınızda olacaq müttəfiqlər və ya köməkçilər tapa bilərsiniz. Peşəkar fəaliyyət sahəsi ilə yanaşı, şəxsi münasibətlərlə bağlı məsələləri müzakirə etmək üçün pis gün deyil.

Zəngin yaşam təcrübəsinə malik insanlar günün ikinci yarısında sizə yaxşı məsləhət verəcəklər.

Maliyyə baxımından əlverişli zamandır. Xərclər az, gəlirlər isə çoxdur. Alış-verişə çıxa bilərsiniz. Ailə üzvlərinə xüsusi diqqət yetirin. Sevdiyiniz insanla həssas olun.

Şir - sizi böyük, amma mürəkkəb işlər gözləyir. Həmin işlərə başlamazdan əvvəl yardımçılar tapın, nüfuzlu insanlardan dəstək alın. Problemləri təkbaşına həll etmək mənasız və qeyri-effektiv seçim olardı. "Komanda oyunu" daha məsləhətdir. Mühüm qərarlar qəbul etməklə yanaşı, bəzi əməliyyatlara rəhbərlik edə bilərsiniz.

Günün ikinci yarısı maliyyə məsələləri ilə bağlı situasiya baxımından neytraldır. İri məbləğli gəlirlər ehtimalı azdır. Qəfil xərclər də olmayacaq.

Diqqət mərkəzinə düşsəniz də, yeni münasibətlərə başlamağa tələsməyin.

Qız - çox müşkül problemi həll etmək məcburiyyətində qalacaqsınız. Ətrafınızda olan insanlara çox işlərə qadir olduğunuzu sübut edin. Peşəkar fəaliyyət sahəsindəki uğurlarınız həmkarlarınızın qibtəsinə və paxıllığına səbəb ola bilər. Onlar yalnız nəticəni görür, uğur əldə etmək üçün göstərdiyiniz səyləri və çəkdiyiniz zəhməti nəzərə almaq istəmirlər.

Günün ikinci yarısında sərfəli, uzunmüddətli anlaşma, sövdələşmə və müqavilə istisna deyil.

İşlər çox olsa da, axşam saatlarında yaxınlarla təmaslara vaxt ayırın. Bu vaxtı əla keçirəcəksiniz. Sevdiyiniz adamlarla dil tapmağa çalışın. Münaqişə, qarşıdurma və mübahisələrə yol verməyin.

Tərəzi - yeni təəssüratlar xoş olacaq. Sizi xoş xəbərlər gözləyir. Gün pis keçməyəcək. Peşəkar fəaliyyət müstəvisində yeni, maraqlı işlər peyda olur. Həmin işləri görərkən yeni təcrübə və bacarıq əldə etməklə yanaşı, maraqlı insanlarla tanış olacaqsınız.

Gəlirlər gecikir. Amma maliyyə böhranı olmayacaq. Malik olduğunuz vəsaiti ağılla xərcləyin.