Bitkoin ucuzlaşmaqda davam edir


Digərləri 26 May 2018 00:01:00 317 0

Bitkoin ucuzlaşmaqda davam edir

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti ucuzlaşmaqda davam edir

Bakı. Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti ucuzlaşmaqda davam edir. Trend-in məlumatına görə, bitkoin 7 600 dolar ətrafında alınıb satılır. Belə ki, "CoinMarketCap" portalının məlumatlarına əsasən, bitkoinin qiyməti 1,02% ucuzlaşaraq 7 633 dollar təşkil edib. Alternativ kriptovalyutaların qiymətində bu gün bahalaşma qeydə alınıb. Belə ki, "Ethereum" 0,97% və ya 611,85 dollaradək, "Ripple" 2,11% (0,633 dollara qədər), "Bitcoin Cash" isə 2,21% (1 062,42 dollaradək) bahalaşıb. Kriptovalyuta bazarının kapitallaşması hazırda 341,84 milyard dollar təşkil edir və bunun 38 faizi bitkoinin payına düşür.