Avtomobil yaşlı kişini vurub


Digərləri 25 May 2018 23:30:00 278 0

Avtomobil yaşlı kişini vurub

Ağstafa şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, yolu keçmək istəyən 1966-ci il təvəllüdlü Tatlı kənd sakini Namazov Mikayıl Rəsul oğlunu avtomobil vurub.

O, elə yaxınlıqdakı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.