Hüceyrələrdəki nuklein turşusu uzunömürlülüyə təsiri aşkar edilib


Digərləri 25 May 2018 23:34:00 290 0

Hüceyrələrdəki nuklein turşusu uzunömürlülüyə təsiri aşkar edilib

Alimlərin fikrincə, hüceyrələrdəki nuklein turşusu insanın yaşlanmasında mühüm rola malikdir. Normadan daha çox - qırx altı gün yaşayan mutant soxulcan üzərində aparılan müşahidələr göstərib ki, o, adi soxulcandan iki dəfə uzunömürlü olub. Eksperiment zamanı uzunömürlü soxulcanın hüceyrə strukturunda dəyişikliyin onun metabolizminə müsbət təsiri aşkar olunub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Almaniyada fəaliyyət göstərən Maks Plank Biologiya İnstitutunun əməkdaşı Adam Antebinin sözlərinə görə, nuklein turşuları canlıların yaşama müddətini tənzimləyir. Hüceyrələrin tərkibindəki mikroorqanizmlər olan ribosomlar saç, yaddaş və refleksləri formalaşdıran zülal divarları yaradır. Onlar, həmçinin DNT-nin tərkibində maddələr mübadiləsi və enerji sərfinə istiqamət verən zəncirin halqalarını da müəyyən edirlər. Məhz bu amillər insanın sağlam və uzunömürlü olmasını təyin edir.