Jurnalist qadın evində amansızlıqla qətlə yetirilib


Dünya 25 May 2018 23:12:00 218 0

Jurnalist qadın evində amansızlıqla qətlə yetirilib

"Financiero" qəzetinin əməkdaşı Alisiya Dias Qonsalesin cəsədi Monterrey şəhərindəki evində aşkarlanıb. Cəsədin boyun nahiyəsində çox sayda bıçaq yarası olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Meksikanın Nuevo-Leon ştatının prokurorluğunun məlumatına görə, cinayətin motivləri hələlik bəlli deyil. Qətlə yetirilən jurnalistin həmkarları onun həssas informasiyalara toxunmadan yerli kompaniyaların fəaliyyətini və vergi mövzusunu işıqlandırdığını bildiriblər.