Azərbaycan neftinin SON QİYMƏTİ


Digərləri 25 May 2018 23:03:00 250 0

Azərbaycan neftinin SON QİYMƏTİ

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 24-də 80,12 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,23 dollar/barel çoxdur. Son.az bildirir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 24-də 79,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,16 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 24-də 76,42 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,18 dollar/barel çoxdur.