Siqaretdən imtina: elektron siqaret çıxış yoludurmu?


Digərləri 25 May 2018 22:53:00 281 0

Siqaretdən imtina: elektron siqaret çıxış yoludurmu?

Həkimlər deyir ki, bir zərərli maddənin digəri ilə əvəz olunması heç bir müsbət nəticə vermir 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Moskvada və şəhərətrafı rayonlarda 18 yaşından aşağı yeniyetmələrə elektron siqaret (veyp), tütün məhsulları, eləcə də spirtli içkilərin satışını həyata keçirənlər cəzalandırılacaq". Uşaqları, xüsusən qızları pis vərdişlərdən qorumaq ehtiyacından yaranan dəyişikliyi Moskva Vilayət Dumasının inzibati qanunçuluq kodeksində həyata keçirənə qədər iki il düşünmək lazım gəlib. Yetkinlik yaşına çatmayanlara elektron siqaret satan satıcılar 3-5 min rubl cərimə ödəməli olacaqlar. Sahibkarlar, satış yerləri sahibləri, qanunu pozanlar 30-50 min, hüquqi şəxslər isə 100-150 min rubl ödəyəcəklər. Hazırda belə cəzalar artıq Rusiyanın 14 bölgəsində qüvvədədir. Dəyişikliyin tədricən bütün ölkəyə şamil ediləcəyi istisna deyil. 

Qonşu ölkədə imza atılan dəyişiklik bizim ölkəmizdə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunla tənzimlənir. Sənəddə istifadə və satışla bağlı nəzərdə tutulan qadağalar tütün məmulatları ilə yanaşı, sulu qəlyan və elektron siqaretə də şamil edilir. Millət vəkili Musa Quliyevin sözlərinə görə, digər növ siqaretlər kimi, elektron siqaretlərə olan qadağa da bütün tütündən hazırlanan məmulatlara bərabər tutulur: "Həmin siqaretlərə tətbiq olunan bütün tələblər elektron siqaretlərə də aid edilir. Yəni onların da qapalı məkanlarda istifadəsinə, 18 yaşına qədər gənclərə satışına qadağa qoyur". Sənədə görə, elektron siqaretdən istifadə təhsil və tərbiyə müəssisələri, onların əraziləri; səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələri və onların ərazilərində (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla) qadağandır. O cümlədən, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallar; restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə və ticarət obyektləri; məişət obyektləri; sosial xidmət müəssisələri; teatr və kinoteatrlar, sirk binaları, sərgi və nümayiş salonları, oxu zalları, kitabxanalar, muzeylər, habelə digər mədəniyyət obyektləri; uşaq meydançalarında elektron siqaretin istifadəsi qadağandır. Siqaretin bu növünün istifadəsinə, həmçinin yerüstü qapalı və yeraltı piyada keçidləri; müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslar, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri və taksi minik avtomobilləri; metropoliten stansiyalarının vestibülləri, keçidləri, platformaları və vaqonları; hava nəqliyyatı vasitələri, dəmiryolu qatarları, o cümlədən liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində, yanacaqdoldurma məntəqələrində, tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə icazə verilmir.

Həmçinin bu vasitələr nazirlikdə qeydiyyatdan keçmir. Elektron siqaretlər, yeməyə əlavələr və s. kimi vasitələr dərman preparatı olmadığından, nazirlik tərəfindən qeydiyyata alınmır. Belə vasitələrə yalnız gigiyenik qaydalara uyğunluq sertifikatı verilir.

Görünən budur ki, siqaretin qeyd olunan məkanlarda istifadəsi ilə bağlı şərtlər bəzən pozulduğu kimi, eyni pozuntulara elektron siqaretlə bağlı da rast gəlinir. Daha çox bu tip siqaretlərin məkan baxımından istifadəsinə qoyulan məhdudiyyətlər ondan istifadə edən alıcılara o qədər də şamil edilmir.    15-250 manat arası   Elektron siqaretlər tütün məhsullarından imtina üçün istifadə edilməsi ilə əsaslandırılır. İlk dəfə Ruyan Group Ltd Honkonq şirkəti tərəfindən elektron siqaret ixtirası şirkət rəhbərinin atasının siqaret aludəçiliyi nəticəsində ağciyər xərçəngindən ölməsindən sonrakı dövrə təsadüf edib. Şirkət elektron siqareti 2003-cü ildə patentləşdirib. Bu siqaretlərin satışına isə ilk dəfə Argentinada başlanılıb. Elektron siqaretlər xarici görünüşünə görə adi siqaretlərdən fərqlənmirlər. Onlar akkumlyatordan, buxar generatordan və ətirli maye ilə doldurulmuş dəyişik katriclərdən ibarət olan borucuqdur. Katricində olan maye isə nanə, tütün, çiyələk və vanil ətirlidir. Siqaretin ucu qullab vaxtı yanır, çəkən adam "tüstünü" alanda bu, çəkmə prosesini təqlid etməyə imkan verir. Elektron siqaretlərin qiyməti adi siqaretlərdən baha olmaqla, modelindən asılı olaraq 15-250 manat arasında dəyişir. 

Bizdə hazırda elektron siqaretlərin nəinki mağazalarda, hətta internet üzərindən satışı həyata keçirilir. Ad-soyadını və telefon nömrəsini yazmaqla onlayn mağazanın alıcısı olmaq mümkündür. İnternetdə elektron siqaretlərin onlayn satışını həyata keçirən müxtəlif mağazaların ünvanını əldə etmək olur. Məsələn, elektron siqaretlər və mayelərin geniş seçiminin həyata keçirildiyi USEL magazaya telefon açdıqda, Nicat adlı əməkdaşdan məhsulların qiymətinin 69-90 AZN arasında dəyişdiyini öyrənə bildik: "15-16 yaşdan aşağı olanlardan şəxsiyyət vəsiqəsi tələb olunur və yaşları az olduqda onlara məhsul satılmır. Müraciət edənlər də çoxdur".    Ağciyər xərçənginin bünövrəsi