İt dişləməsi zamanı ilk tibbi yardım


Digərləri 25 May 2018 22:49:00 322 0

İt dişləməsi zamanı ilk tibbi yardım

İtlər insanın vəfalı dostu olsa da, sahibsiz qalanda təhlükə mənbəyinə çevrilir, hətta onların hücumuna məruz qalanlar da olur. Zərərçəkənlər arasında uşaqlar olanda vəziyyət daha təhlükəli xarakter alır.

Mütəxəssislər məsləhət görürlər ki, sahibsiz və quduzlaşmış itlərin hücumuna məruz qalanda mütləq ixtisaslaşmış və quduzluq əleyhinə vaksin olan müəssisəyə getmək lazımdır. Həmin müəssisələr isə rayon üzrə təyinatı olan respublika gigiyena və epidemiologiya mərkəzlərdir.

Son.az bildirir ki, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin həkimi Tahir Abdullayevin it dişləməsi zamanı necə hərəkət etməli olduğumuz barədə AZƏRTAC-ın müxbirinə deyib: "Xüsusi şöbələrdə quduzluq xəstəliyinə qarşı dövlət tərəfindən təmin olunan peyvənd vasitələri var. Dişləmə baş verəndə peyvənd vasitələrinin vurulmasının gecikdirilməsi quduzluq əlamətinin yaranmasına səbəb olur. Həmin əlamətin aşkarlanması isə müalicənin gedişini çətinləşdirir.

Quduzluq xəstəliyinin su və havadan qorxmaq, psixonevrotik udmanın pozulması hissi, yüksək hərarət və it dişlədiyi yerlərdə ağrı kimi əlamətləri olur".