Türkiyə Silahlı Qüvvələri 49 terrorçu zərərsizləşdirib


Dünya 25 May 2018 22:35:00 274 0

Türkiyə Silahlı Qüvvələri 49 terrorçu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri bir hərftə ərzində 49 terrorçu zərərsizləşdirib.

Trend-in Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən verdiyi məlumata görə, terrorçular Türkiyənin Dəyarbəkir, Mardin, Siirt əyalətlərində və İraqın şimalında zərərsizləşdirilib.

Məlumata əsasən, zərərsizləşdirilən terrorçular arasında PKK terror qruplaşmasının 3 başçısı da olub. Bundan əlavə, 37 partlayıcı qurğu və 11 sığınacaq məhv edilib.