DİN-də Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib (FOTO)


Digərləri 25 May 2018 21:50:13 248 0

DİN-də Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Daxili İşlər Nazirliyində (DİN) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Bakı. Daxili İşlər Nazirliyində (DİN) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib. DİN-dən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə daxili işlər naziri, general-polkovnik Ramil Usubov açıb. Sonra dövlət himni səsləndirilib. Nazir iyirminci əsrin əvvllərində regionda yaranmış mürəkkəb geosiyasi şəraitdə Şərqdə ilk dəfə məhz Azərbaycanda demokratik respublika yaradılmasını qədim dövlətçilik ənənələrinə malik xalqımızın qəhrəmanlıqlarla zəngin tarixinin ən şanlı səhifələrindən biri kimi dəyərləndirib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün özünün ən qüdrətli dövrünü yaşayan, bölgədə söz, dünyada nüfuz sahibinə çevrilən gənc dövlətimizin Azərbaycan Xalq Cümhuriyyətinin ənənələrini, müstəqillik, suverenlik, demokratik ideallarını və prinsiplərini layiqincə davam etdiridiyini xüsusi vurğulayıb. Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov qısa zaman kəsiyində milli hökumətin gördüyü işlər, Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun şərəfli döyüş yolu barədə mərasim iştirakçılarına ətraflı məlumat verib. Qeyd olunub ki, görkəmli dövlət və ictimai xadimlərin gərgin diplomatik səyləri nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti Demokratik Respublika formasında özünü təsdiqləmiş olub.