Azərbaycanlı aktrisa: "Belə məqsədim olsaydı, çoxdan ölkədən getmişdim" FOTO


Kriminal 25 May 2018 21:09:00 749 0

Azərbaycanlı aktrisa: "Belə məqsədim olsaydı, çoxdan ölkədən getmişdim"  FOTO

Aktrisa Günəş Mehdizadənin Son.az-a müsahibəsi.

- Günəş xanım, niyə məhz bu sənəti seçdiniz?

- Çünki aktrisa olmaq istəyirdim. Ona görə də sevib sənətə gəldim. Heç kim məni aktrisa olmağa sövq etməyib.

- Nə vaxtdan bildiniz ki, bu sənəti sevirsiniz?

- Özümü tanıyandan. Təxminən 6 yaşımdan.

- Ailə, yoxsa sənət? Tərəzidə hansı ağır gələr?

- Əlbəttə ki, ailə.

- Hansı yerli aktyor və aktrisaları bəyənirsiniz?

- Bizim istedadlı aktyorlarımız çoxdur. Məsələn, Qurban İsmayılov, Fəxrəddin Manafov, Rasim Cəfər, Abbas Qəhrəmanov və s. Qadınlardan isə...

- Nədənsə qadın aktrisaların adlarını çəkməkdə çətinlik çəkdiniz...

- Əslində, danılmaz faktdır ki, bizdə aktyorlara nisbətən aktrisalar azlıq təşkil edir.

- Günəş Mehdizadə o pillədə neçənci yerdədir?

- Əlbəttə ki, birinci yerdə (gülür).

- Bəs sizdən sonra kimlər gəlir?

- Məndən sonra qalanlar (gülür).

- Serialdan qazandığınız qonorar sizi qane edir?

- Əlbəttə ki, Azərbaycan çəçivəsində baxsaq, qane edir. Kənara çıxanda isə, əlbəttə ki, yox.


Xəbərə aid fotolar