“Bəşəriyyət hələ qarşılaşmadığı yeni böhranla üzləşə bilər” Putin


Dünya 25 May 2018 20:45:00 283 0

“Bəşəriyyət hələ qarşılaşmadığı yeni böhranla üzləşə bilər”  Putin

"Dünya iqtisadiyyatında normaların pozulması və etibarın itməsi bəşəriyyətin hələ qarşılaşmadığı yeni böhrana səbəb ola bilər".

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda keçirilən plenar iclasda çıxış edən Rusiya prezidenti Vladimir Putin bildirib. 

"Tərəflərdən birinin müqavilədən çıxması, razılığın pozulması hər zaman risk deməkdir. Bu, iş təcübəsinin aksiomasıdır. Qlobal səviyyədə dövlətlərin, xüsusən də güc mərkəzlərinin belə davranışı mənfi, dağıdıcı nəticələrə səbəb olur. Faktorların bu cür gedişatı dünyanın hələ qarşılaşmadığı sistemli böhrana gətirib çıxarmaq qabiliyyətinə malikdir", - deyə o, qeyd edib.